“Azərenerji” kibertəhlükəsizlik sistemlərinin gücləndirilməsinə 2 milyon manat xərcləyəcək.
Qurum bu işin icrası üçün “PROSOL” QSC ilə razılıq əldə edib.
Tərəflər arasında bağlanacaq müqavilənin ümumi məbləği 1 milyon 966 min manat təşkil edir.
Əlavə edək ki, nizamnamə kapitalı 10 min manat olan “PROSOL” şirkətinin qanuni təmsilçisi Sadıqzadə Oqtay Ağasadiq oğludur.
Qeyd edək ki, tender çərçivəsində şirkət kibertəhlükəsizlik səviyyəsinin artırılması, mərkəzləşdirilmiş təhlükəsizlik monitorinqi və nəzarət imkanlarının qurulması üçün avadanlıq və həllərin həyata keçirilməsi nəzərdə tutulur.


