Yeni yaranmış Azərbaycan Döyüş Federasiyaları Asossasiyasının yaranma səbəbləri mətbuat konfransında aşıqlanacaq.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 15 yanvar 2019-cu il tarixli, 1096 saylı Şəhatətnaməsinə əsasən Azərbaycan Döyüş Federasiyaları Asossasiyası 2-ci redaksiyada yenidən rəsmən qeydiyyata alınmışdı. Məlumat üçün bildirək ki, bu qurum 1998 ci ildə qeydiyyatdan keçsə də, müəyyən səbəblərdən fəaliyyəti dondurulmuşdur. Ancaq 2018 ci ilin sentabr ayında bir araya gələn döyüş sənəti (Alpaqut, Takevando, Uşu, MuayTay) üzrə federasiya nümayəndələri və eyni zamanda, Olimpiya Komitəsi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndələri bu qurumu daha dinamik fəaliyət göstərməsi üçün dəstək vermək qərarına gəlmişdir.
Dünən “Məryəm Plaza”da toplaşan Azərbaycan Döyüş Federasiyaları Asossasiyasının toplantısı da çox gərgin keçmişdir. Belə ki, Toplantı ADFA-nın prezidenti Azər Həsənsoyun sədrliyi ilə başlanmışdır. Toplantıda ADFA-na daxil olan Alpaqut , MuayTay, Uşu, Taekvondo İTF, Federasiyalarının nümayəndələri iştirak etdilər. Digər mərkəz və liqaların üzvlük müraciətinə də baxılmış və qanunauyğunsuzluq olduğu aşkar edlən müraciətlər qəbul edilməmişdir.
Qeyd edək ki, Asossasiyanın yeni formalaşan sturukturunda çox maraqlı simalar yer alır. Asossasiya prezidenti əməkdar idman xadimi Azər Həsənsoy, artıq iki yeni vitse prezidentini müəyyən etmişdir. Bunlar Beynəlxalq Turan Oyunları Komitəsinin prezidenti Farid Əlizadə və Azərbaycan Uşu Federasiyasının prezidenti Namiq Əsgərovdur. Assosiasiyanın əsas aparıcı icra orqanı kimi Baş katibliyi isə Alpaqut Turan döyüş sənətinin müəllifi Kutsan Vasif Namazova həvalə edilmişdir.
Aldığlmız məlumatlara əsasən gündəlikdəki bəzi məsələlərin müzakirəsi zamanı İdarə Heyəti üzvləri arasında fikir ayrılıqları olsa da mühüm qərarlar alınmışdır.
Qurumun martin 1-də saat 11:00 da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcəyi Mətbuat konfansında maraqlı açıqlamalar gözlənilir.
TREND
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı
- Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
- ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini təltif edib
- Daşkənddə beynəlxalq kardiologiya tədbirləri keçirilir


