Azərbaycanda 20 oktyabr-20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” elan edilib.
Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı məlumat yayıb.
Qeyd edilib ki, aylığın keçirilməsində məqsəd Azərbaycanda uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərin təbliği, bununla bağlı ictimaiyyətin məlumatlılığının və bu sahəyə diqqətin daha da artırılmasından ibarətdir.
Ombudsman Səbinə Əliyeva aidiyyəti dövlət və yerli özünüidarə orqanlarını, vətəndaş cəmiyyəti institutlarını və uşaq hüquqları sahəsində fəaliyyət göstərən digər qurumları Ombudsman tərəfindən elan olunmuş “Uşaq Hüquqları Aylığı” ilə bağlı təşəbbüsə qoşulmağa, cari ilin 20 oktyabr-20 noyabr tarixləri ərzində uşaqların iştirakı təmin olunmaqla uşaq hüquqlarının müdafiəsinə dair müxtəlif tədbirlər keçirməyə çağırıb.
Səbinə Əliyeva bildirib ki, qurumlararası səmərəli əməkdaşlıq nəticəsində uşaqların hüquqlarının daha etibarlı müdafiəsinə və bu sahəyə diqqətin gücləndirilməsinə nail olunacağını düşünür.
TREND
- Rabitəbank Visanin dəstəyi ilə gamer turniri keçirəcək
- Bakı metrosu “Sabah”a görə xüsusi rejimdə işləyəcək
- Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi
- Onlayn alış-veriş edənlər üçün yeni qayda
- Qırmızı xətt gücləndirilmiş qrafikdə işləyəcək
- Goranboyda tütün və göyərti sahələrində fitosanitar monitorinqlər aparılıb
- Avrora Qrup SIAL Paris 2026-da – FOTOLAR
- Kirayə haqqından vergi necə hesablanır?


