Azərbaycanda üç yaşınadək uşağa qulluğa görə verilən müavinət artırıla bilər.
Sözügedən məsələ 2026-28-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişdə əksini tapıb.
Qeyd olunur ki, üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinətin artırılması ilə bağlı tədbir görüləcək.
Məlumat üçün bildirək ki, sığortaolunanın qismən ödənişli sosial məzuniyyət əmri sığortaedən tərəfindən “Əmək və məşğulluq” altsistemində yaradıldıqda sığortaolunana üç yaşınadək uşağa qulluğa görə müavinət qanunvericiliklə müəyyən olunmuş məbləğdə avtomatlaşdırılmış qaydada təyin edilir.
Həmin məzuniyyət dövründə uşağa qulluq edən şəxsə yaşyarımadək uşağa qulluğa görə 44 manat, uşağın yaşyarımdan üç yaşınadək ona qulluğa görə isə 28 manat müavinət ödənilir.
Əlilliyi olan üç yaşınadək uşağa qulluğa görə müavinət qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş müavinət məbləğinin ikiqatı miqdarında verilir. (oxu.az)
TREND
- Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb
- Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- Nailə Kələntərli kollektivə təqdim olundu
- Sürət həddi endirilib – Sürücülərin nəzərinə!
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı
- Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib


