Beynəlxalq Valyuta Fondunun hazırladığı sənəddə idarəetmə, tənzimləmə və bazarın liberallaşdırılması daxil olmaqla, struktur islahatlarının ortamüddətli perspektivdə Qafqaz və Mərkəzi Asiya regionunda iqtisadi artımı 5-7 faiz sürətləndirə biləcəyi göstərilir. Bu mənada maliyyə texnologiyalarının və bu sahədə idarəetmənin təkmilləşdirilməsi zəruri addımdır.
BAKU.NEWS-un xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “FİNTEX SAMMİT 2023” forumunda çıxışı zaman bildirib.
Onun sözlərinə görə, rəqəmsal ödənişlərin qlobal əməliyyat dəyərinin 2023-cü ilin sonuna qədər 6,7 trilyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Azərbaycanın 2023-cü ildə rəqəmsal ödənişlərin xüsusi çəkisi 51 faizə çatıb.
C.Quliyev


