Şamaxıda 25 yaşlı gənc qətlə yetirilib.
Hadisə “Yeddi Gümbəz” qəbiristanlığında qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Orxan Hacıyev mətbəx bıçağı ilə həmyerlisi, 1995-ci il təvəllüdlü Ruslan Surxayevi bıçaqlayıb. İnsident onların arasında yaranmış mübahisə zəminində baş verib.
Yaralı aldığı zərbələrdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)


