20 mart tarixində yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 12,283 nəfər vaksinasiya olunub.
BAKU.NEWS xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 482,664 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikanın bütün rayonlarında uğurla davam etdirilir.


