Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutu və Tətbiqi Elmlər İnstitutu yaradılıb.
Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Elm və Təhsil Nazirliyinin tabeliyində müasir infrastruktura və beynəlxalq standartlara uyğun elmi tədqiqat və təcrübi istehsalat bazasına malik publik hüquqi şəxs statuslu aşağıdakı elmi müəssisələr yaradılıb:
– Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutu;
– Tətbiqi Elmlər İnstitutu.
Yaradılan publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:
– Nazirlər Kabinetinə publik hüquqi şəxslərin yenidən təşkili və ləğv edilməsi;
– Elm və Təhsil Nazirliyinə yuxarıda qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” qanun ilə publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.
Elm və Təhsil Nazirliyi yaradılan publik hüquqi şəxslərin nizamnamələrini iki ay müddətində təsdiq etməli, publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün onların nizamnamələri təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görməli, bu Qərardan irəli gələn digər məsələləri həll etməlidir.
TREND
- Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək
- Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb
- Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- Nailə Kələntərli kollektivə təqdim olundu
- Sürət həddi endirilib – Sürücülərin nəzərinə!
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı


