Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan birbaşa ikitərəfli təmaslar vasitəsilə davamlı sülhün daha da möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi və bağlantıların gücləndirilməsi istiqamətində addımları davam etdirmək barədə razılığa gəliblər.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində görüşü ilə bağlı mətbuat üçün bəyanatında qeyd olunub.
Liderlər parlamentarilər və vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı etimadın gücləndirilməsi və daha geniş sülh gündəliyinin dəstəklənməsinə verdikləri töhfələrini qeyd edərək, onların iştirakı ilə etimad quruculuğu üzrə təmasları müsbət dəyərləndiriblər.
TREND
- Dövlət Bağçalı Azərbaycan səfirini qəbul edib
- Ürək çatışmazlığının müasir müalicə yanaşmalarına həsr olunmuş seminar
- Ayxan Hacızadə: Qara dənizdə vurulan gəmidəki azərbaycanlıların hamısı xilas edilib
- Ölkə üzrə bu ayın bütün sosial ödənişləri başa çatdırılıb
- Xankəndidə beynəlxalq forumda “ASAN xidmət” təcrübəsi təqdim olundu
- Xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası təsdiqlənib
- Təhsildə Keyfiyyət Təminatı Agentliyində CİDDİ NÖQSANLAR – RƏSMİ
- Keçmiş arvadının fotosuna söyüş yazıb “TikTok”da paylaşdı, həbs olundu


