“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB-nin “Nar”ın dəstəyi ilə yerli media nümayəndələri üçün ekologiya mövzusunda təşkil etdiyi beynəlxalq təlim uğurla yekunlaşıb. Təlimin sonunda iştirakçılara eko-sertifikatlar (elektron) təqdim edilib.
COP29 ərəfəsində onlayn formatda baş tutan təlimləri ekologiya mövzusu üzrə beynəlxalq ekspert və COP konfranslarının daimi iştirakçısı Tais Gadea Lara keçib.
Təlimlərdə media nümayəndələrinə COP tədbirlərinin mahiyyəti, qlobal istiləşmə və iqlim dəyişikliyi ilə bağlı mövzuların auditoriyaya daha sadə dildə çatdırılması barədə geniş məlumat verilib. Təlim nəticəsində media nümayəndələri COP29 konfransında daha hazırlıqlı iştiraklarını təmin ediblər.
Təlimlərin növbəti mərhələsi olaraq jurnalistlər COP29-a qatılan Tais Gadea Lara ilə görüşüb, ölkəmizin ev sahibi olduğu bu beynəlxalq tədbir ilə bağlı müzakirələr aparıb, təəssüratlarını bölüşüblər


