Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın bu ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyevin etimadnaməsini qəbul edib.
BAKU.NEWS “Belta” agentliyinə istinadla xəbər verir ki, A. Lukaşenko bildirib ki, Azərbaycan Belarusun strateji tərəfdaşıdır: “Azərbaycan bizim strateji tərəfdaşımız, qardaş ölkədir. Azərbaycan həmişə Belarusu təmənnasız olaraq dəstəkləyib”.


