Azərbaycan-Ermənistan sərhədinin Tavuş istiqamətində delimitasiya prosesi davam edərkən, Sərhədlərin Delimitasiyası və Demarkasiyası üzrə Birgə Komissiyanın mart ayında yenidən toplanacağı ehtimal edilir.
İqtisadiyyat.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan açıqlayıb.
Onun sözlərinə görə, hələ də müzakirə olunmalı məsələlər qalır və Tavuş istiqamətində delimitasiyanın ikinci mərhələsi ilə bağlı qərar, tərəflər arasında bu məsələdə konsensus əldə olunması ilə əlaqədardır.
Bununla yanaşı, Mqer Qriqoryan dövlət sərhədinin Cermuk istiqamətinə qədər olan hissəsində delimitasiya prosesinin bu il həyata keçirilib-keçirilməyəcəyinə dair sualı cavabsız qoyub.


