Azərbaycan Alpaqut Milli Yığma Komandasının idmançıları Gürcüstanda Dünya Kubokunda uğurla ölkəmizi təmsil etdilər.
Azərbaycan Alpaqut Federasiyasının idmançıları Gürcüstanın Kutaisi şəhərində keçirilən Dünya Kubokundan böyük uğurla qayıdıb.
Azərbaycan komandası Dünya Kubokuna 28 idmançı ilə qatılaraq, 4 sistem üzrə (Ayça, Batur, Caymaz, Qurşaq) ümumilikdə 28 medal qazanmışdır. Müxtəlif çəki dərəcələrində və yaş kateqoriyalarında sərt rəqabət şəraitində mübarizə aparan idmançılarımız, həm fərdi, həm də komanda hesabında öz bacarıqlarını nümayiş etdirərək, 23 qızıl, 4 gümüş və 1 bürünc medal qazanmışdır.
İdmançılarımızın əldə etdiyi nəticələr, ölkəmizin idman sahəsindəki yüksək inkişafını və Alpaqut idmanının Azərbaycan daxilindəki mövqeyini bir daha təsdiqlədi.
Azərbaycan Alpaqut Federasiyasının rəhbərliyi və məşqçiləri, idmançılarımıza göstərdikləri əzmkarlığa görə təşəkkür edərək, onların gələcək yarışlarda daha yüksək nəticələr əldə edəcəyinə inandıqlarını bildirdilər. Çempionatın sonunda Azərbaycan idmançılarının qazandıqları medallar və əldə etdikləri uğurlar, Alpaqut idmanının Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı olduğunu göstərdi.
Gələcəkdə daha çox beynəlxalq yarışlarda iştirak etmək və Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etmək məqsədilə hazırlıqlar davam etdiriləcək.


