Azərbaycan Alpaqut Federasiyasının idmançısı, alpaqut üzrə dünya çempionu Ruslan Zaporotskov Taylandın Phuket şəhərində keçirilən «ONE SINBI Muay Thai Fight Night» turnirində avstraliyalı rəqibi Joshu nokautla məğlub edib. 70 kq çəki dərəcəsində keçən döyüş 30 sentyabr 2026-cı ildə Sinbi Boks Stadionunda baş tutub.
Ruslan Zaporotskov Sabunçu Alpaqut Filialının sədri Şahlar Vəliyevin yetirməsidir. O, Azərbaycan Alpaqut Federasiyasının dəstəyi ilə təcrübə qazanmaq üçün Taylanda, təlim-məşq toplanışına ezam olunub. Toplanış ərəfəsində idmançı bu turnirdə rinqə çıxıb və qələbə qazanıb.
Ruslan Zaporotskov 2025-ci ilin dekabrında Bursada keçirilən V Dünya Alpaqut Çempionatında BATUR disiplinində 70–75 kq çəki dərəcəsində dünya çempionu olub.
Federasiya idmançını və məşqçisini qələbə münasibətilə təbrik edir, yeni uğurlar arzulayır.
TREND
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini təltif edib
- Daşkənddə beynəlxalq kardiologiya tədbirləri keçirilir
- Azərbaycanla Yunanıstan arasında Anlaşma Memorandumu imzalandı
- AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb
- Bəxtiyar Aslanbəyli: AzMİU-da üçüncü layihəmizi həyata keçiririk
- Hafiz Paşayev “CAMCA Forum 2026” mükafatı ilə təltif edilib
- İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
- “Alians Development” şirkətindən ŞİKAYƏT VAR



