İşğaldan azad edilmiş “Köndələnçay” su anbarında aparılan işlərin 99 faizi yekunlaşıb.
BAKU.NEWS xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Dilqəm Şərifov deyib. O qeyd edib ki, Həkəri, Bərgüşad çayları üzərində su anbarlarının tikilməsi ilə bağlı texniki işlər yekunlaşmaq üzrədir:
“Zabuxçay üzərində su anbarının tikilməsi ilə bağlı işlərin 65 faizi görülüb və bu ilin sonunda yekunlaşacaq. İkinci ən böyük su anbarı “Sərsəng” su anbarında müəyyən təmir bərpa işləri aparılır”.

