Əməkdar artist Aygün Hümmətova (Bəylər) Suraxanı qəbiristanlığında dəfn edilib
BAKU.NEWS xəbər verir ki, dəfndə xanəndənin yaxınları, ailə üzvləri və sənət dostları iştirak ediblər.
Qeyd edək ki, 48 yaşlı Əməkdar artist uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, yanvarın 6-da Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.


