Ayaq göbələyi bir çox insanların problemidir. Xəstəlik ayaq barmaqlarının qabıqoyması və qaşıntı ilə müşahidə edilir.
Bəs bu xəstəliyin simptomları nələrdir? Ondan necə xilas ola bilərik?
Ayaq göbələyi rütubəti və nəmi sevir. Sadaladığımız stuasiyalarda göbələk sürətlə inkişaf edir. Ayaq göbələyi olanlar digər insanların əşyalarını istifadə etdikdə onları asanlıqla bu xəstəliyə yoluxdururlar. Tərlik, corab, ayaqqabı, dəsmal və hamamda ayaqaltı sözügedən xəstəliyin sürətlə inkişaf etdiyi yerlərdir.
Ayaqda göbələk bişməcə, qaşıntı, pis qoxu, qanlı yara və iltihablanma ilə müşahidə olunur.
Ayaq göbələyinin təsirləri
• Ayaqda qabıqlamaya səbəb olur
• Pis qoxu yaradır
• Şiddətli qaşıntı
• Qoxu və qıcıqlanma ilə yanaşı alregik reaksiyalarla da biruzə verir
Ayaq göbələyinin səbəbləri
• Ayağınızın həddindən çox tərləməsi
• Uzun müddətli və ayağınızı sıxan ayaqqabılar geyinmək
• Yaş zəmində gəzmək
• İctimai idman mərkəzlərindən istifadə etmək
• Çox adamın istifadə etdiyi hovuzdan istifadə etmək
• Duş aldıqdan sonra ayaqlarınızı və barmaq aralarını qurulamamaq
• Ortaq pedikür dəsti ilə ayaqlarınıza qulluq elətdirmək
Ayaq göbələyi keçicidirmi?
Ayaq göbələyi sürətli şəkildə yoluxur. Keçicilik xüsusiyyətinə görə ailə üzvlərinin birində varsa qalanlarına da ötürülür. Xüsusilə gözəllik salonları, idman mərkəzləri, çimərlik, hovuz, məscid kimi ümumi sahələr infeksiyanın yayılmasına stimul verir. Bundan əlavə ayaqqabı, çorab, terlik, dəsmal və s. kimi ümumi məhsullar ayaq göbələyinin asan yoluxmasını təmin edir. Bu sebebdən sağlamlıq baxımından ayaq göbələyi infeksiyasına yoluxmamaq üçün başqasının şəxsi əşyalarından istifadə etməməlisiniz.
Ayaqda göbələyin qarşısını almaq üçün nə edilir?
• Ayaqlarınızı hər gün yuyun
• Corablarınızı hərgün dəyişin
• Pambıq və təri çəkən corablar geyinməyə üstünlük verin
• Ümumi istifadə edilən yaş yerlərdə ayaqyalın hərəkət etməyin
• Əgər ailə üzvünüzün birində ayaq göbələyi varsa, ortaq əşyalar istifadə etməyin
Sevinc Kərimova


