Avtomobil ehtiyat hissələrinin satışını təşkil edən mağazalar şəbəkəsindən biri olan “Avtodetal”-ın Babək filialının işçiləri kütləvi şəkildə işdən çıxarılıb. Buna əsas ixtisarların olması göstərilib.
Redaksiyamıza məlumat verən işçilərdən biri Nurlan Xanlarov bildirib ki, bu ilin noyabr ayında şirkətin icraçı direktoru Əkbər İmanov rəhbərliyin (Orxan Şirinzadə və Əhməd Ağayev) tapşırığı əsasında onları əvvəl məzuniyyət adı ilə işə gəlməməyi tapşırmış daha sonra isə heç bir səbəb olmadan işdən azad edilib.
İşdən çıxarılan işçilərin heç birinə əmək haqqları ödənilməyib. Daha sonra işçilərə dəfələrlə hədə qorxular gəlib, müxtəlif vəzifəli şəxslərin adlarını çəkməklə təhdidlər edib, işçilərə psixoloji zərbələr yaşadıb. Bu günə kimi işçilərin adı rəsmi olaraq ştat cədvəlində gedir, amma bu işçilərə nə maaş verilir nə də rəsmi olaraq ştat cədvəlindən çıxarlır.
Belə olan təqdirdə də işçiləri əmək qanunvericiliyin tələbinə uyğun olaraq digər yerlərdə işə götürmürlər. Hazıda 9 işçi bu vəziyyətlə üz-üzə qalıb.
Nurlan Xanlarov həmçinin bildirir ki, əmək hüquqlarının pozulması ilə bağlı müvafiq qurumlara rəsmi müraciət edib. Lakin məsələ ilə bağlı hələ ki, rəsmi cavab verilməyib.
Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


