“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) nümayəndə heyəti ilə görüş keçirilib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov qonaqlara şirkətin fəaliyyəti, donanmanın yenilənməsi, rəqəmsallaşma və innovativ həllərin tətbiqi istiqamətində həyata keçirilən layihələr, həmçinin gələcək prioritetlər barədə ətraflı məlumat verib.
Görüşdə Azərbaycanın nəqliyyat-logistika potensialı, xüsusilə dəniz nəqliyyatının inkişaf perspektivləri, eləcə də gəmiçilik sektorunda mövcud çağırışlar ətrafında geniş fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı biznes proseslərinin optimallaşdırılması, əməliyyat səmərəliliyinin artırılması, rəqəmsal transformasiya kimi məsələlər əsas diqqət mərkəzində olub və bu sahələrdə gələcək əməkdaşlıq imkanlarının dəyərləndirilməsinin əhəmiyyəti vurğulanıb.
TREND
- Polkovnik Əflatun Məmmədov rüşvətə görə həbs edildi
- Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
- General Nizami Məmmədov haqda – Yekun qərar verildi
- Prezident mühüm fərman İMZALADI
- Nazirdən 1 ildir pulunu ala bilməyən pambıqçılarla bağlı – AÇIQLAMA
- Tamam Bayatlı BP-dən getdi
- İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
- Mikayıl Cabbarov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb


