Ermənistan mediası və Telegram kanalları sensasion bir məlumat yayıblar.
BAKU.NEWS xəbər verir ki, məlumatda iddia olunur ki, Qarabağdakı erməni silahlı birləşmələri yaxın zamanda tərkisilah ediləcək. Xəbərin qaynağı kimi Ermənistanın Vatikandakı keçmiş səfir, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan göstərilir.
Minasyan deyib ki, Nikol Paşinyan və Vaqarşak Arutyunyan artıq buna razılıqlarını veriblər.
Sitat: “Artsax milisinin, ya da Artsax qvardiyasının və ya daxili polisin adının verilməsinin fərqi yoxdur, problem ondadır ki, Artsax artıq təhlükəsizliyini təmin edə bilməyəcək”.


