Londonun “Emireyts” stadionunda İngiltərə Premyer Liqasının 21-ci turunda “Arsenal” – “Mançester Yunayted” komandaları qarşılaşıb.
BAKU.NEWS xəbər verir ki, görüş qolsuz bərabərliklə başa çatıb.
“Mançester Yunayted” 21 matçda 41 xal toplayaraq İngiltərə Premyer Liqasının 2020/2021 mövsümünün turnir cədvəlində ikinci yer tutur. “Arsenal” 31 xalla 8-ci yerdə qərarlaşıb. Turnirin lideri “Mançester Siti”dir (44). İlk üçlüyə həmçinin 39 xalla “Lester Siti” də daxildir.
“Mançester Yunayted”lə “Arsenal” arasında birinci oyun “londonlular”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.


