Argentinanın paytaxtı Buenes-Ayres ağcaqanad istilasına məruz qalıb.
BAKU.NEWS-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Buenes-Ayresdə bu zona üçün tipik sayılan “Aedes Albifasciatus” ağcaqanad növü kəskin artıb.
Buna səbəb iqlim şəraitidir. Uzun müddət quraqlıq olması, daha sonra isə leysan yağışlar yağması ağcaqanadların kəskin artmasını şərtləndirib.


