2025-ci il – “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qida Təhlükəsizliyi Agentliyində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda seminar keçirilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə bildirilib ki, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının hazırlanması və qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, dahi liderin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.
Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edildiyi, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olunduğu barədə söz açıblar.


