“Aqrar Tədarük və Təchizat” ASC-də 25-ci Yubiley Arıçılıq Məhsullarının Sərgi-Satış yarmarkasında iştirak edən arıçı fermerlərlə görüş keçirilib.
Görüş zamanı Bal Yarmarkasının gedişatı müzakirə olunub və yarmarkaya dair ümumi qiymətləndirmə aparılıb. İdarə Heyətinin sədri Elgün Məmmədəlizadə yarmarkanın yüksək səviyyədə təşkilinə, həmçinin keyfiyyətli məhsul təqdimatında göstərdikləri fəal iştiraka görə arıçı fermerlərə təşəkkür edib. Eyni zamanda, fermerlərin rəy və təklifləri dinlənilib, gələcək əməkdaşlıq imkanları və qarşıdakı yarmarkalar üçün nəzərdə tutulan istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda Bal Yarmarkasında fərqlənən arıçı fermerlər “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən təşəkkürnamə və sertifikatlarla təltif olunub və xatirə fotoları çəkilib.












