“Azərbaycan İnvestisiya Şirkəti” ASC, İsrailin “Granot International Agricultural Cooperative Society” LTD və “Agro Food Investments” MMC arasında ilkin mərhələdə 1000 hektarlıq zeytun bağının salınması və illik 4000 ton istehsal gücündə müasir zeytun yağı emalı zavodunun qurulmasına dair Anlaşma Memorandumu imzalanıb.
Qabaqcıl texnologiyalar əsasında reallaşdırılacaq layihənin icrası rəqabətqabiliyyətli məhsul istehsalına və ixrac imkanlarının genişləndirilməsinə xidmət edəcək. Layihə çərçivəsində 50-yə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
TREND
- Regional Su Meliorasiya QSC-yə icraçı direktor təyin edilib
- Cəlil Məmmədquluzadənin Ev Muzeyinə yeni nadir eksponat daxil olub
- Neftçalada pambıq yığımı mövsümündə yüksək məhsuldarlıq gözlənilir
- Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
- Bakıda III Dayanıqlı Tikinti Sammiti keçiriləcək
- Prezident bu sazişi təsdiq etdi
- Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
- “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılır


