“Azerconnect Group”da Kommersiya xidmətlərinin satınalması üzrə rəhbər vəzifəsinə təyinat olub.
Bu vəzifə Cavid Mirzəzadəyə həvalə edilib.
Qeyd edək ki, C.Mirzəzadə 2022-ci ildən “Azerconnect Group”da müxtəlif vəzifələrdə çalışıb. Əmək fəaliyyətinə isə, 2018-ci ildə “Azərbaycan Supermarket” MMC-də (Bravo market) satınalmalar üzrə kargüzar vəzifəsi ilə başlayıb və 2021-ci ilədək sözügedən şirkətdə işləyib. 2021-2022-ci illərdə isə, “Agrarco” MMC-də satınalma mütəxəssisi olub.
Xatırladaq ki, “Azerconnect Group” NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. Şirkətin Baş direktoru Emil Məsimovdur. (Plat.az)
TREND
- Bakıda III Dayanıqlı Tikinti Sammiti keçiriləcək
- Prezident bu sazişi təsdiq etdi
- Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
- “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılır
- Bu şəxsə “Azerconnect Group”da rəhbər vəzifə verildi
- AQC sədri Türkiyə və İtaliya şirkətlərinin nümayəndələrini qəbul edib
- “AzerGold” Özbəkistanda fəaliyyətə başlayır
- “Naxçıvan Aqroservis”in sədri saxlanıldı


