Qazaxıstanın Almatı şəhərində antiterror əməliyyatı başlayandan hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz aksiyalarda, talanlarda və digər cinayətlərdə iştirak etdiklərinə görə 2 748 nəfəri saxlayıb.
BAKU.NEWS xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Qeyd edək ki yanvarın 17-də 2 601 nəfərin saxlanıldığı bildirilirdi.
“Antiterror əməliyyatı başlayandan indiyədək qanunsuz əməllərin, talanların və digər cinayətlərin ümumilikdə 2 748 iştirakçısı saxlanılıb. Ümumilikdə 131 odlu silah və 4 179 döyüş sursatı götürülüb”, – şəhər komendaturasının mətbuat xidmətinin məlumatında vurğulanıb.


