“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi Ağdam şəhərinin F-2 yaşayış məhəlləsində mühəndis-kommunikasiya sistemlərinin və əlaqədar infrastrukturun qurulması ilə bağlı açıq tender elan edib.
Valyuta.az xəbər verir ki, layihəyə əsasən, ərazidə enerji təsərrüfatı obyektlərinin tikintisi, sahədaxili su, kanalizasiya, elektrik təchizatı, xarici işıqlandırma sistemlərinin yaradılması, həmçinin yol və səkilərin salınması, yaşıllaşdırma və abadlıq işlərinin aparılması nəzərdə tutulur.
Satınalmanın ehtimal olunan dəyəri 9 milyon 675 min 661 manat 95 qəpik təşkil edir.
Tender üzrə təkliflərin təqdim olunma müddəti 28 oktyabr tarixinədək davam edəcək.


