119 saylı Ağdam kənd Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Qüdrət Nuriyevin namizədliyi üçün imza toplama kampaniyası uğurla davam edir.
Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyevin Seçki Qərargahından BAKU.NEWS-a verilən məlumata görə, Ağdam kənd 119 saylı Seçki Dairəsinin ərazisindən dünəndən başlamış imza toplama kampaniyası bu gün də davam edib.
Tələb olunan 450 imzanın artıq 300-u toplanıb.
İmza toplama kampaniyası davam edir.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 9 fevral 2020-ci ildə keçiriləcək.


