Almaniyanın “Adidas AG” şirkəti ABŞ-ın “Reebok” şirklətinin satışına dair müvafiq addımlara başlayıb.
BAKU.NEWS xəbər verir ki, şirkətin açıqlamasında bununla bağlı qeyd olunur: “Yeni beşillik strategiyası çərçivəsində “Reebok” üçün strateji alternativləri dəyərləndirməyi başa çatdıran “Adidas” “Reebok”un satışı üçün rəsmi prosesə başlamaq qərarına gəlib”. Beləliklə, cari ilin birinci rübündən şirkətin “Reebok” bölümü maliyyə hesabatlarda satılan aktiv olaraq göstəriləcək.
Bundan əvvəl “Adidas”ın baş direktoru Kasper Rorsted “Reebok”u satmaq istədiklərini dəfələrlə təkqib edib. 2019-cu ilin əvvəlində “Reebok” yenidən gəlir gətirməyə başlayandan sonra isə o, “CrossFit Nano”, “Float Ride Run” kimi yeni ayaqqabı xətlər hesabına satışları artıracaqlarına ümidvar olduqlarını bildirib. Lakin koronavirus pandemiyası nəticəsində daha çox ziyana uğramış “Reebok”un satışları ötən ilin ikinci rübündə 42 faiz azalıb.


