ABŞ Prezidenti Co Bayden hələ 1995-ci ildə Bill Klintonun administrasiyası tərəfindən İran əleyhinə tətbiq olunmuş sanksiyaların müddətini bir il uzadıb.
BAKU.NEWS TASS-a istinadən bildirir ki, bu barədə Ağ Evin press-relizində deyilir.
Bayden Konqresə 1995-ci ildə İranla münasibətlərdə elan edilmiş “fövqəladə vəziyyət”in növbəti il üçün uzadılmasına dair bildiriş göndərib.
Bu bildiriş Federal Reyestrdə – ABŞ hökumətinin rəsmi sənədlərinin toplusunda dərc olunacaq.


