ABŞ-ın koronavirus əleyhinə vaksini gələn ilin aprel ayında ölkənin bütün əhalisi üçün əlçatan olacaq.
BAKU.NEWS “TASS”a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, ABŞ-ın Qida və Dərman Administrasiyasının (FDA) ABŞ-da hazırlanan preparatlardan birini tezliklə təsdiqləyəcəyi gözlənilir.
“Milyonlarla doz tezliklə buraxılacaq. Onlar hazırdır və bu yekun təsdiqlənməni gözləyirlər. Artıq aprel ayında vaksin bütün əhali üçün əlçatan olacaq”, – amerikalı lider deyib.


