ABŞ-ın Viskonsin ştatında bir sıra quşçuluq fermasında quş qripi yayılıb.
BAKU.NEWS xəbər verir ki, bu barədə ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyi bildirib.
Qeyd olunur ki, virusun yayılmasının qarşısının alınması üçün 2,7 milyon toyuğun məhv ediləcəyi gözlənilir.
Rəsmilər yoluxmuş quş ətinin mağazalara keçməməsi üçün yoxlamaları gücləndirib.


