Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) ilin yekunları ilə bağlı mətbuat konfransı keçirilib.
BAKU.NEWS xəbər verir ki, ABADA-nın Baş Katibi Kənan Qurbanov jurnalistlərə açıqlamasında bildirib ki, 2024-cü il ABADA üçün uğurlu il olub.
Belə ki, bu il ərzinbdə ABADA Birləşmiş Millətlər Təşkilatının ( BMT ) İqtisadi Şurasının elektron əmtəə nəqliyyat qaiməsi ( e- SMR ) tətbiqi ilə bağlı, tədbirlərdə iştirak edib.
K.Qurbanovun sözlərinə görə, hər ay mütəmadi olaraq, ABADA – nın İdarə Heyətinin iclasları keçirilib, müəyyən qərarlar qəbul edilib.
Bu il ərzində Rusiya Federasiyasının Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası ilə əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.
Türkiyə Respublikası və İran İslam Respublikası nəqliyyat qurumları ilə keçirilən görüşlərdə iştirak edilmişdir.
1305- daşıyıcıya, 178 – operatorun məsul şəxsinə 133 ədəd Beynəlxalq daşımalar (BYD sertifikatı) haqqında təlim- tədris keçirilərək Şəhadətnamələr verilmişdir.
330 – daşıyıcıya təhlükləli yüklərin daşınması barədə təlim kursları keçirilərək, Şəhadətnamələr verilmişdir.
Beynəlxalq daşımaların inkişafı ilə əlaqədar, Nazirliyə təkliflər verilmişdir.
Təhlükələri yüklərin beynəlxalq daşımaları haqqında Konvesiyaya uyğun olaraq, normativ sənədlərin hazırlanması üçün Nazirliyə təkliflər verilmişdir.
2024-cü ildə daşıyıcılara 1624 ədəd “ TİR Karnet “ kitabçası verilmişdir.
Avtodaşıyıcılarımızın xarici ölkələrdə rastlaşdıqları problemlər barədə və onların həlli məqsədilə Nazirliyə təkliflər verilmişdir.


