İspaniyanın “Barselona” klubunun rəhbərliyi sabiq baş məşqçisi Xavidən və köməkçilərindən çalışdıqları dövrdə verilən planşetləri geri qaytarmalarını tələb edib.
Həmin cihazlar klubun mülkiyyəti hesab olunduğu üçün geri qaytarılması istənilib.
Qeyd edək ki, Xavi 2021-ci ildən 2024-cü ilə qədər “Barselona”nın baş məşqçisi vəzifəsində çalışıb.


