Cari ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,1 faiz artaraq 5 milyard 328,1 milyon manat olub.
Dövlət Statistika Komitəsindən BAKU.NEWS-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 991,6 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 74,9 faizini təşkil edib.
Cari ilin yanvar-iyun aylarında hər bir ölkə sakini orta hesabla 525,4 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 108,5 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.


