Almaniyalı supermodel Haydi Klum beşinci hamiləliyi ilə bağlı şayiələrə əsas verib.
Hazırda o və əri, “Tokio Hotel”in 33 yaşlı gitaraçısı Tom Kaulitz Venesiyada istirahət edirlər.
Yerli paparassilər cütlüyü gəzinti zamanı yaxalayıb. Onlar bir-birlərinə olan hisslərini gizlətməyiblər – küçədə əl-ələ verib, qucaqlaşıb öpüşüblər.
Musiqiçi bir neçə dəfə əlini arvadının qarnına qoyub. Bu, jurnalistlərə cütlüyün uşaq gözlədiklərini güman etməyə əsas verib. (Axsam.az)


