Azərbaycanın yerli biznesini bir araya gətirən 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi” qapılarını ziyarətçilərin üzünə açır!
17-20 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək sərgidə 300-dən çox yerli şirkətin məhsul və xidmətləri ilə tanış ola, yeni əməkdaşlıq imkanları əldə edə, müxtəlif sahələr üzrə fəaliyyət göstərən şirkətlərlə birbaşa ünsiyyət qura bilərsiniz.
Sərgi çərçivəsində B2B və B2G görüşlər, yeni biznes əlaqələri və faydalı tanışlıqlar üçün geniş imkanlar yaradılıb.
Ziyarətçilərin rahat gediş-gəlişini təmin etmək məqsədilə sərgi günlərində Koroğlu Metro Stansiyasından Bakı Ekspo Mərkəzinə və əks istiqamətdə ödənişsiz avtobus marşrutu fəaliyyət göstərəcək.
Ziyarətçi qeydiyyatı üçün: https://ebiletstore.com/event/7-ci-yerli-sirketlerin-tanitim-sergisi?
17-20 iyun 2026
Saat: 10:00-18:00
Bakı Ekspo Mərkəzi
Sərgiyə giriş ödənişsizdir.
Əlaqə: 077 485 0555
www.marsolexpo.az


