21-ci əsrdə yerli çempionatlarda ən çox qol vuran futbolçular müəyyənləşib.
BAKU.NEWS xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) araşdırmasında 2001-ci ildən 2020-ci ilə qədər vurulan qollar nəzərə alınıb.
İtaliyanın “Yuventus” klubunun hücumçusu Kristiano Ronaldo 462 qolla birinci olub. İspaniya “Barselona”sının ulduz futbolçusu Lionel Messi 451 qolla ikinci, İtaliyanın “Milan” klubunun təcrübəli forvardı Zlatan İbrahimoviç isə 379 qolla üçüncü pillədə qərarlaşıb. 40 yaşlı oyunçu 20-ci əsrdə də oynayıb, amma cəmi 13 dəfə fərqlənə bilib.
Hazırda İspaniyanın “Atletiko” klubunda çıxış edən Luis Suares (332) dördüncü, Almaniya “Bavariya”sından Robert Levandovski (285) isə beşinci sıradadır.
TREND
- Tramp Putinlə danışdı – Dizellə bağlı razılaşma əldə etdilər
- AZAL Moskvaya olan uçuşları dayandırdı
- AMB lisenziya və icazələr üçün təqdim edilən sənədlərin formalarını dəyişib
- BDYPİ-dən velosipedçilərə çağırış
- “Retro Holding”də milyon yarımlıq yeyinti – Həbs edilən var
- “ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub
- Sumqayıtın Ukrayna icması CƏRİMƏLƏNDİ
- Məktəbli formasına nəzarət güclənir – Monitorinqlər keçiriləcək


