Filippində baş verən yanğın hadisəsi nəticəsində COVID-19 əleyhinə 148 min 678 doza peyvənd məhv olub.
BAKU.NEWS yerli KİV-ə istinadən xəbər verir ki, yanğın nəticəsində dörd müxtəlif istehsalçının vaksin dozaları sıradan çıxıb.
Yanğın Filippinin Paqadian şəhərinin yerli hökumət binasında baş verib.
Yerli hakimiyyət orqanları xəbər verir ki, yanğın nəticəsində 9 min 176 doza “AstraZeneca”, 14 min 400 doza “Moderna”, 36 min 164 doza” Sinovac” və 88 min 938 doza “Pfizer” məhv olub.


