Əbu-Dabi şəhər bələdiyyəsi “Ginnesin Rekordlar” kitabına daxil edilən söküntü işi həyata keçirib.
BAKU.NEWS xəbər verir ki, 144 mərtəbəli “Mina PlazaTowers” mərkəzinin binası cəmi 10 saniyəyə sökülüb.
Əbu-Dabi şəhərinin media ofisindən yayılan məlumatda deyilir ki, bina Mina Zayid ərazisində yeni ticarət mərkəzinin tikilməsi layihəsi çərçivəsində sökülüb. Partlayıcı qurğu vasitəsilə və tamamilə təhlükəsiz qaydada həyata keçirilən söküntü işləri cəmi 10 saniyəyə başa çatıb. Ətrafdakı tikililərə zərər dəyməyib.
Qeyd edək ki, 2 il əvvəl də Əbu-Dabi şəhərində ADNOC milli neft şirkətinin iki hündürmərtəbəli binası sökülmüşdü.


