Daha bir nəfər adını “Ginnesin Rekordlar Kitabı”na yazdırmağı bacarıb.
BAKU.NEWS Axşam.az-a istinadla xəbər verir ki, nigeriyalı aşpaz Hilda Effiong Bessi 100 saat ərzində fasiləsiz yemək bişirib. O, bu müddət ərzində Nigeriya mətbəxinə məxsus 100-dən çox yemək hazırlamağı bacarıb.
Qeyd edək ki, əvvəlki rekord 2019-cu ildə hindistanlı aşpaz Lata Thondona məxsusdur. O, 87 saat 45 dəqiqə müddətində yemək bişirmişdi.


