“Ziraat Bank Azərbaycan” ASC manatla müddətli əmanətlər üzrə faiz dərəcələrini endirib.
Dəyişiklik manat əmanətlərinin bütün əsas müddətlərini əhatə edib.
Belə ki, 6 aylıq manat əmanəti üzrə aylıq faiz ödənişi 5,5%-dən 5%-ə, müddətin sonunda ödənilən faiz isə 6,5%-dən 6%-ə endirilib.
9 aylıq əmanətlərdə aylıq faiz dərəcəsi 7,5%-dən 6%-ə, müddətin sonunda ödəniş isə 8,5%-dən 7%-ə düşüb.
12 aylıq manat əmanəti üzrə aylıq faiz 8,5%-dən 7,5%-ə, müddətin sonunda ödəniş isə 9%-dən 8%-ə azaldılıb.
18 aylıq əmanətlərdə aylıq faiz 9%-dən 7,5%-ə, müddətin sonunda ödənilən faiz isə 9,5%-dən 8%-ə endirilib.
24 aylıq əmanətlər üzrə aylıq faiz dərəcəsi 8,5%-dən 7%-ə, müddətin sonunda faiz isə 9%-dən 7,5%-ə salınıb.
36 ay və daha uzun müddətli manat əmanətlərində isə aylıq faiz 8%-dən 6,5%-ə, müddətin sonunda ödəniş 8,5%-dən 7%-ə düşüb.
Beləliklə, “Ziraat Bank Azərbaycan” manat əmanətləri üzrə faizləri əsasən 1–1,5 faiz bəndi aşağı salıb. Ən böyük azalma 9 aylıq və 18 aylıq əmanətlərin aylıq faiz ödənişi variantında qeydə alınıb və 1,5 faiz bəndi təşkil edib.
Xatırladaq ki, “Ziraat Bank Azərbaycan” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,5 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin “Ziraat Bank”ına, 0,01%-i “Zıraat Sıgorta” şirkətinə, 0,01%-i isə “Ziraat Yatırım Menkul Değerler” şirkətinə məxsusdur.
Plat.az


