Azərbaycanın iqtisadi-inkişaf strategiyasının, inkişaf konsepsiyasında iqtisadi prioritet layihə olan Zəngəzur dəhlizinin tarixi əhəmiyyəti
Ölkəmiz və region üçün vacib əhəmiyyət daşıyan və xüsusilədə iqtisadi prioritet mövzu olan Zəngəzur dəhlizi ölkəmizin regional oyunçudan qlobal inkişaf strategiyasının əsas dəsti xətti olan vacib tərəfdaş dövlətə çevrilməsinə gətirib çıxarıb. Həmçinin ölkəmizin rentabelliyinə müsbət təsir edəcək vacib layihələrdən biridir.
Ermənistanın cənubunda yer alan və ermənilərin Sünik adlandırdığı bu torpaqlar, reallıqda Azərbaycan torpağı olub ölkəmizdə Zəngəzur deyə adlandırılır. Bu bölgənin şərqində Azərbaycan, cənubunda İran, qərbində Naxçıvan Muxtar Respublikası yerləşir. Əvvəlcə tarixə ekskursiya etmək istərdim. Çox təəsüflər olsun ki, Zəngəzur torpaqları Sovetlər Birliyi tərəfindən ölkəmizdən qoparılaraq Ermənistana birləşdirilmişdir və nəticə etibarilə Azərbaycanı və Naxçıvanı birləşdirən quru nəqliyyat yolu itirilmişdir.
Naxçıvan Türkiyə ilə Sovetlər Birliyi arasında 16 mart 1921-ci ildə imzalanan Moskva anlaşması ilə, muxtar əraziyə sahib oldu və başqa bir dövlətə verilməmək şərtilə Azərbaycanın tərkibində qaldı. Türkiyə, 13 oktyabr 1921-ci ildə Sovetlər Birliyi, Azərbaycan, Ermənistan və Gürcüstan ilə imzalanan anlaşma ilə Naxçıvanın Azərbaycana bağlı muxtar respublika olaraq qalması qarantörü rolunda çıxış etdi. Yeri gəlmişkən vurğulayım ki, Azərbaycan ilə Naxçıvan arasındakı 43 kilometrlik yol Zəngəzur deyə adlandırılır. Zəngəzur dəhlizi layihəsi isə bu bölgədən açılacaq quru və dəmir yolu vasitəsilə Azərbaycanı Naxçıvan Muxtar Respubkasına bağlıyacaq projenin adıdır. Daha geniş anlamda isə dəhliz Azərbaycanı Türkiyəyə bağlamağı hədəfləyir.
Möhtərəm cənab prezident İlham Əliyev şəxsiyyətinin yürütmüş olduğu uğurlu xarici siyasəti nəticəsində hər bir sahədə qazanmış olduğumuz nailiyyətlərə söykənərək deyə bilərəm ki, məhz Zəngəzur dəhlizi məsələsi də reallaşdırılacaq. 2020-ci il 10 noyabr tarixində 2-ci Qarabağ savaşı bitən zaman, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzalamış olduqları, 10 noyabr tarixli bəyanatın 9-cu bəndi və 2021-ci il 11 yanvar tarixində Moskvada imzalanmış olan 4 bəndlik bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaratmış oldu. Məhz bu bəyanatlar, bu qəbul edilən sənədlər Zəngəzur dəhlizinin beynəlxalq səviyyədə legitimliyi üçün siyasi və hüquqi cəhətdən bir əsas yaratmış oldu. 2020-ci ildə 2-ci Qarabağ savaşı bitdikdən sonra Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzalamış olduqları 3 tərəfli bəyanatda və ən vacibi də Ermənistanın kapitulyasiya aktına imza atdığı vaxtda Ermənistan üzərinə bir neçə maddədən ibarət öhdəlik götürüb.
Anlaşmanın 9-cu maddəsi:
Naxçıvan ilə Azərbaycan arasında quru nəqliyyat yollarının açılması nəzərdə tutulur. Bu maddədə xüsusilə vurğulanır ki, bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri açılmalıdır.
Ermənistan Respublikasının üzərinə götürdüyü öhdəliklər:
1.İnsanların, avtomobillərin, malların hər iki yöndə problemsiz hərəkətini təmin etmək üçün Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan MR arasında nəqliyyat bağlantılarının təhlükəsizliyini qaranti etməlidir. 2.Tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikasını, Azərbaycanın qərb bölgələrinə bağlıyan yeni nəqliyyat əlaqələrinin inşası nəzərdə tutulur. Azərbaycan və Naxçıvan arasında açılacaq yeni nəqliyyat bağlantısı bu anlaşmanın ən önəmli maddələrindən biridir. Orta Asiyadan Azərbaycana çatan nəqliyyat dəhlizləri tam bu nöktədə əngəllənirdi və Azərbaycanın Naxçıvan və sonrasında Türkiyə ilə əlaqə qurması əngəllənmiş olurdu. Əgər dəhliz açılması reallaşarsa Orta Asiya və Avropa arasında Xəzər və Türkiyə üzərindən bir güzərgah həyata keçirilmiş olacaq. Zəngəzur dəhlizi Türk Dövlətləri Birliyinə böyük gəlir gətirən bir dəhliz olacaq.
Nəzərə alsaq ki, 1.1 trilyon dollarlıq Ümumi Daxili Məhsul həcminə (ÜDM)
malik Türk Dövlətləri iqtisadi və strateji baxımdan bu dəhliz vasitəsilə bir-birinə daha sıx bağlanacaq. Və ən əsası Zəngəzur dəhlizi reallaşarsa Azərbaycan üçün müsbət nəticələri:
1. Ölkəmizin maddi cəhətdən büdcəsinə daxilolmalar artacaq. 2. Azərbaycanla Naxçıvan arasında insanların rahat-gediş gəlişi, malların alış-verişi üçün məsələlər asan yolla həll olunacaq. 3. Azərbaycan torpaqlarını birləşdirmiş olacaq. 4. Azərbaycan öz enerji qaynaqlarını və xüsusilədə Orta Asiyadakı, Xəzər bölgəsindəki digər ölkələrin enerji resurslarının Qərbə daşınmasında vacib rol oynuyan bir dövlətə çevriləcək.
Ölkəmizə dəstək verən strateji partnyorumuz və strateji müttəfiqimiz Türkiyə Respublikası üçün müsbət nəticələri:
1. Türkiyə bu dəhliz vasitəsilə həm Azərbaycana, həm də Orta Asiyadakı Türk Respublikalarına daha asan istiqamət üzrə iqtisadi əlaqələri üst səviyyəyə qaldıraraq məsələləri realizə etmiş olacaq. 2022-ci il 15 iyun tarixində Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Şuşa səfəri və səfər çərçivəsində azərbaycanlı həmkarı Azərbaycan Prezidenti cənab İlham Əliyevlə keçirmiş olduqları görüşdə və görüşlər əsnasında imzalanmış olan Şuşa Bəyannaməsi Zəngəzur dəhlizinə bir rəsmiyyət qazandırmış oldu.
2. Zəngəzur dəhlizi reallaşandan sonra Naxçıvan-Qars dəmiryolu xəttinin inşası nəzərdə tutulur. Bu xüsusilədə Şuşa Bəyənnaməsində qeyd olunmuş cümlədir.
Zəngəzur dəhlizi reallaşarsa bundan rahatsız olacaq dövlət İran İslam Respublikasıdır. Zəngəzur dəhlizinin açılması ilə İran-Ermənistan sərhəddinin aradan qalxacağını iddia edən rəsmi Tehran, həm də dəhlizin açlması ilə İranın Avropa ilə bağlantısının doğrudan kəsiləcəyi və bununla İranı Avropaya bağlıyacaq ən güvənli yol olan Qafqazı itirəcəyi və Avropaya çıxması üçün Türkiyə və Rusiyadan icazə almaq məcburiyyətində qalacağı irəli sürülür. Bu dəhlizin Rusiya Federasiyasının güc strukturları tərəfindən təhlükəsizliyin qorunması və bu güclərin İran sərhəddinə yerləşəcəyi də iranlı yetkililər tərəfindən qabardılan məsələlərdən biridir. Əgər Zəngəzur dəhlizi açılarsa İranın Azərbaycanı Naxçıvana bağlıyacaq tranzit ölkə olma özəlliyini itirəcəyi və bu vəziyyətin İranın önəmli coğrafi və geopolitik avantajlardan məhrum olacağı fikirlər arasındadı. Bu dəhlizin reallaşması fonunda İrana ehtiyac qalmadan Bakı ilə Naxçıvanı birbirinə bağlamaq mümkün olacağı kimi, türkmən qazının Azərbaycan üzərindən Avropaya daşınmasının da önü açılacaq. İranın Qafqazdan çıxarılacağı və bununla yanaşı İranın Bir Kəmər Bir Yol ilə Çindən Avropaya və Asiyaya gedən yollardan çıxarılmasına gətirib çıxarılacaq düşüncələri marginal yanaşmadan başqa bir şey deyil.
Eyni şəkildə şimal qonşumuz tərəfindən təhlükəsizliyin təmin edilməsi bu projenin NATO projesi olaraq göstərilməsi rəsmi Tehranın arqumentlərinin gerçeklərə dayanmayan propaqandadan ibarət olduğu bir həqiqətdi. Zəngəzur dəhlizi açılarsa Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya daşınacağı İran qazına olan ehtiyacın azalacağı ilə bağlı olan düşüncələr də təəccüb doğurur. Çünki 12 avqust 2018-ci il tarixində Qazaxıstanın Aktau şəhərində imzalanan Xəzər dənizinin hüquqi statusu konvensiyasında Türkmənistan qazının Cənubi Qafqaz üzərindən Avropaya ixracatı qarşısında önəmli əngəllər var. Dolayısıyla türkmən qazının Xəzər dənizi üzərindən boru xətləri ilə Avropaya ixracatı İranın da aralarında olduğu sahilyanı ölkələrin icazəsi olmadan mümkün deyil.
Strateji münasibətlərimizin ən üst səviyyədə olduğu ölkə olan Rusiya Federasiyasının, Zəngəzur dəhlizinin reallaşması ilə qazanacağı müsbət nəticələr.
2020-ci il 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 3 tərəfli bəyanatının 9-cu maddəsində Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin, Sərhəd Mühafizə Xidmətinin sözü gedən dəhlizin təhlükəsizliyini təmin edəcəyi xüsusi vurğulanır. Və nəticə etibarı ilə Zəngəzur dəhlizinin demək olar ki, 80%-i artıq yekunlaşıb. İlham Əliyev şəxsiyyətinin strateq düşüncə tərzi ilə həyata keçirmiş olduğu, uğurlu siyasi-iqtisadi strategiyanın ən vacib layihələrindən olan Zəngəzur projesinin də tez bir zamanda reallaşacağı cənab prezidentin əməli fəaliyyətinin məntiqi nəticəsi olaraq tarixə düşəcək.
Şərhçi
Elvin Sabirli



