Ukrayna prezidenti Volodimir Zelenski dünya ölkələrini Rusiyanın “dövlət terrorçuluğunu həyat keçirdiyini” bəyan etməyə çağırıb.
BAKU.NEWS xəbər verir ki, bunu V.Zelenski videomüraciətində deyib.
“Xarkov. Qanadlı raketlə zərbə. Avropanın ən böyük meydanı, Azadlıq meydanında. Onlarla qurban var. Bax, belə bir səhər açılıb. Azadlığın qiyməti budur!” – deyə o vurğulayıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Xarkov vilayət administrasiyasının binasının yaxınlığına zərbə endirilib.


