XX əsrin son rübü Xalqımız üçün ağır, keşməkeşli günlər olaraq yadda qaldı. I Qarabağ Müharibəsində 20% torpağımızın işğal edilməsi bütün xalqımızı dərindən sarsıtdı.1994cü ildə imzalanan “Bişkek Protokolu” ilə cəbhədə atəşkəs elan edildi.
Bu zamandan sonra Azərbaycan ordusunda yenidənqurma işləri həyata keçirildi.Ordumuz günü-gündən müasir silahlarla təmin edilir,millətimizdə Vətənpərvərlik,Düşmənə nifrət hissi formalaşdırılırdı.Bu illər ərzində düşmən özündə məğlubedilməzlik mifi formalaşdırmışdır.Artıq nəyinki Qarabağ ,Ölkəmizi Kür çayına qədər ərazilərlə hədələyirdi.
Azərbaycan gəncliyi ,Azərbaycan əsgəri düşmənə nifrətlə böyüyürdü.2010cu il 18 iyun tarixində Tərtər rayonunun Şiştəpə adlanan ərazisində Mübariz İbrahimov təmas xəttini keçərək onlarla erməni hərbiçisin məhv etdi.Mübariz İbrahimovun düşmənə layiqli cavabı əslində Ermənilərə siqnal olmalı idi ki, nə 90-cı illərdəki hərc-mərclik yoxdu,nə də ordunun vəziyəti elə deyil.Azərbaycan Gəncliyinin düşmənə nifrəti də günbəgün artırdı.
2016-cı ildə Məğlubedilməz Ermənistan Ordusu xülyasının üstündən xətt çəkildi.Aprelin 1-də bütün cəbhəboyu mövqelərimiz Ermənistan silahlı qüvvələri tərəfindən iriçaplı silahlardan atəşə tutuldu.Azərbaycan ordusu Ağdərə-Tərtər və Xocavənd-Fizuli istiqamətində uğurlu əməliyyatlar keçirdi.
Ordumuz keçilməz “Ohanyan Səddini” cəmi 40 dəqiqəyə darmadağın edərək düşmənə öz gücünü göstərdi.
2-5 aprel tarixində Cəbrail rayonundakı «Lələtəpə» adlı yüksəklik , Tərtər rayonunun Talış kəndinin ətrafındakı strateji yüksəkliklər və Seysulan kəndi erməni işğalçılarından təmizləndi.Cəbrayıl rayonunun Cocuq Mərcanlı ,Goranboy rayonunun Gülüstan ,Tərtər rayonunun Suqovuşan kəndləri ətrafında ümumi sahəsi 2000 hektardan çox olan ərazilər rəşadətli Azərbaycan ordusu tərəfindən azad edildi.
Aprel döyüşləri Azərbaycan ordusunun gücünü,Azərbaycan xalqının birliyinin ,ümumiyətlə görülən işlərin uğurlu nəticəsinin göstəricisi idi.
Torpaq Qanla Qarışanda Vətən olur… Şanlı Aprel Zəfəri də şəhidlərin qanı,qazilərin canı bahasına qazanıldı.Aprel Döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin 94 hərbi qulluqçusu Şəhid olub.Allah rəhmət eləsin !
Aprel döyüşlərinin əhəmiyyəti Azərbaycan ordusunun öz gücünü sübut etməsi üçün olduqca vacib idi. I Qarabağ müharibəsindən sonra ordumuzda olan yenidənqurma proseslərinin nəticəsi məhz ilk dəfə Aprel döyüşlərində göründü. Məğlubedilməz Erməni ordusu mifi darmadağın edildi.Bu döyüşlər bir daha sübut etdi ki Qarabağ münaqişəsi Dondurulmuş Münaqişə ola bilməz. Azərbaycan ordusunun XXI əsrdəki uğurlarından danışarkən Aprel döyüşləri hər zaman ön planda ,şərəfli tariximiz olaraq danışılacaq!
Ramil Mehdili.
Azərbaycan Dövlət Pedaqoji Universiteti


