“YAŞAT” Fondunun “Zəfər” Yarmarkasında Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə Zəfər ağacı yerləşdirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən BAKU.NEWS-a verilən xəbərə görə, STP Şirkətlər Qrupu tərəfindən hazırlanan ağacın üzərində Vətən müharibəsi şəhidlərinin hər birinin ad, soyadı, ata adı, doğum tarixi və sonsuzluq işarəsi qeyd olunub.


