Yunanıstanda 4,1 bal gücündə zəlzələ olub.
BAKU.NEWS “TASS”a istinadən xəbər verir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Yeraltı təkanların episentri Neon-Karlovasi şəhərindən 8 kilometr şimali-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.


