Yunanıstan hökuməti sərt karantin rejiminə keçmək barədə qərara gəlib.
BAKU.NEWS xəbər verir ki, bu barədə Baş nazir Kiriakos Miçotakis bildirib.
O koronavirus xəstələrinin sayında ciddi artım olduğunu və ölkənin ikinci dəfə sərt karantinə girdiyini elan edib: “Artan xəstə saylarının qarşısında aciz qalmaqdansa, sərt müdaxilələr etmək qərarına gəldim”.
Qaydalar noyabrın 7-dən qüvvəyə minəcək. Yunanıstanda ilk dəfə karantin fevral-may aylarında tətbiq edilib.
Qeyd edək ki, Yunanıstanda təkcə ötən gün 2 min 646 nəfər virusa yoluxub. Bu günədək ölənlərin sayı isə 673 nəfərdir.


