Avtomobillərdən atmosferə atılan zərərli tullantıların qarşısının alınması məqsədilə, Baş Dövlət Yol Polisi İdarəsi aidiyyəti qurumlarla birgə növbəti dəfə “Təmiz hava” aylığına start verib.
Preventiv əhəmiyyət kəsb edən sözügedən tədbirin əsas hədəfi təkcə atmosferə normadan artıq zərərli maddələr atan avtomobillərin istismarının qarşısının alınması deyil. Həm də, sürücülərlə, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərlə nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə, o cümlədən insanların həyat və sağlamlığına vurduğu zərərlə bağlı maarifləndirmə xarakterli söhbətlərin aparılmasıdır.
Baş Dövlət Yol Polisi İdarəsi cəmiyyətin sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi məqsədilə, bir daha sürücülərdən, fiziki və hüquqi şəxslərdən istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edir, eyni zamanda bu sahədə yol verilən qayda pozuntularının inzibati məsuliyyət yaratmasını onların nəzərinə çatdırır.
TREND
- Tikinti və təmir adı altında vətəndaşların pulunu ələ keçirən şirkət rəhbəri saxlanılıb
- Azərbaycanda 373 vergi cinayəti ilə bağlı iş açılıb: Büdcəyə milyonlarla manat qaytarılıb
- Məktəblərdə 200-ə yaxın sayta giriş bağlanıb
- Azərbaycanda internet sürəti 7 dəfə artıb
- MŞ jurnalistlərin adından saxta “WhatsApp” hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib
- Azərbaycan məktəblərində “TikTok”a giriş məhdudlaşdırılıb
- ASAN İnnovativ İnkişaf Mərkəzinin 5 illik yubiley tədbiri keçirilib
- “Azəriqaz” abonentə 3 mindən çox BORC YAZDI – MƏHKƏMƏ SİLDİ


